Avropada koronavirusa qarşı mübarizə gücləndirilir

Avropada koronavirusa qarşı mübarizə gücləndirilir

Dünyada COVID-19 virusundan ölənlərin sayı 1 milyonu keçib. Avropa koronavirusla mübarizəni daha da gücləndirir. Bir çox Avropa ölkələri isə karantin rejimini daha da sərtləşdirir.
Britaniyada özünütəcrid qaydalarını pozanlar 10 min funt-sterlinq məbləğində cərimə olunacaqlar. Belçika hökuməti bütün əyləncəli tədbirlərini ləğv edib.
Çexiyada isə virusa yoluxanların sayı artdığından ölkənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət rejiminə keçməyi təklif edib. Qonşu Slovakiyada da oktyabrın 1-dən fövqəladə vəziyyət rejimi elan edilib.
İtaliyanın bəzi əyalətlərində idman və digər oyunlar yasaq edilib. Karantin rejimi sərtləşdirilib.

Qəzənfər QASIMOV,”Xalq qəzeti”

Mənbə: xalqqazeti.com