Paşinyan Putinə yenidən zəng etdi

Bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefonla zəng edib.

Erməni mediasının məlumatına görə Paşinyan cəbhədəki vəziyyət barədə Putinə məlumat verərək düşdükləri durumu izah edib.

Rusiya Prezidenti isə davam edən hərbi əməliyyatlardan dərin narahatlığını bildirib və atəşkəs rejiminin qorunub saxlanılması və vəziyyəti gərginləşdirən addımlardan çəkinməyin lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, bu aktiv döyüşlərin başladığı 27 sentyabrdan bəri Paşinyanın Putinə ikinci zəngidir.

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Mixail Qusman: “İnanıram ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmağın vacibliyini dərk edəcək” - VİDEO

SONRAKI XƏBƏR

Yeni nəsil Audi A3 modeli metanla işləyən versiyaya sahib olub - FOTO