Müdafiə Nazirliyi xarici hərbi attaşelərə cəbhədəki vəziyyət haqqında məlumat verib - FOTO

Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.

Tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.

Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

UNESKO cəbhədəki vəziyyətlə əlaqədar məlumatlandırıldı

SONRAKI XƏBƏR

İlham Əliyev: Suriyalı muzdlular nəyimizə lazımdır?