Ağdam sakini: Erməni faşizmi dinc əhalini hədəfə alıb

Ağdam sakini: Erməni faşizmi dinc əhalini hədəfə alıb

Düşmən bu gün səhər saatlarında Ağdam rayonunun digər cəbhəyanı kəndləri kimi, Qaradağlı, Ayaq Qərvənd və Orta Qərvənd kəndlərini də artilleriya atəşinə tutub. Dinc sakinlərin evlərinə ciddi ziyan dəyib.
Ayaq Qərvənd kəndinin sakini Zakir Əliyev AZƏRTAC-ın cəbhə bölgəsindəki müxbirinə bildirib ki, düşmən Azərbaycan Ordusu ilə döyüşdən çəkinir və buna görə də məqsədli şəkildə dinc sakinləri hədəf alır: “Gördüyünüz bu dağıntılar erməni faşizminə bariz sübutdur. Azərbaycan əsgərindən çəkinən düşmən yerli sakinləri hədəfə alaraq öz acizliyini göstərir. Əhali Azərbaycan Ordusunun tezliklə qələbə çalacağına əmindir və Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik.”

Mənbə: xalqqazeti.com