Türkiyədən Ermənistanın F-16 iddialarına reaksiya - "Ucuz təbliğata əl atmaq əvəzinə işğal etdiyi ərazilərdən çəkilməlidir"

Türkiyədən Ermənistanın F-16 iddialarına reaksiya - "Ucuz təbliğata əl atmaq əvəzinə işğal etdiyi ərazilərdən çəkilməlidir"

Türkiyə Ermənistan ordusuna məxsus təyyarəni vurmayıb. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Ermənistanın SU-25 təyyarəsinin guya Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən vurulması ilə bağlı iddialarına cavabında bildirib.

O, qeyd edib ki, Türkiyə qırıcısının guya Ermənistanın döyüş təyyarəsini vurması iddiası tamamilə həqiqətə uyğun deyil. Ermənistan ucuz təbliğata əl atmaq əvəzinə işğal etdiyi ərazilərdən çəkilməlidir.

Mənbə: www.baki-xeber.com