Ehtiyatda olan zabit, gizir, əsgərlər yenidən hərbi xidmətə cəlb edildi - VİDEO

Ehtiyatda olan zabit, gizir, əsgərlər yenidən hərbi xidmətə cəlb edildi - VİDEO

Son günlər hər kəsin ürəyi cəbhədə döyünür. Bu gün qismən səfərbərliyə cəlb olunanlar isə indi daha çox səbirsizlənir və ordu sıralarına qoşulmaq üçün dəqiqələri sayırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinin qarşısında müşahidə etdiklərimiz bunu bir daha təsdiqləyirdi.

Çünki müxtəlif illərdə Milli Orduda xidmət keçən əsgər və zabitlər üçün arzuladıqları gün gəlib yetişmişdi. Nikbin və cəsur Azərbaycan gəncləri xidmətə hazır idilər.

Ehtiyatda olan hərbçiləri əzizləri, doğmaları da böyük ruh yüksəkliyi ilə orduya yola salırdı. Göz yaşları isə qürurlarından qaynaqlanırdı.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 28-də Azərbaycan da qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.

Mənbə: www.realtv.az