Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq”

Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq”

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ənənəvi mətbuat konfransında çıxış edib. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ovannisyan təmas xəttinin bütün istiqamətlərində gərgin döyüşlərin davam etdiyini deyib.

“Bizim də itkilərimiz var. Onların sayı dəqiqləşdirilir və yalnız sabah səhər açıqlanacaq”-deyə Ovannisyan açıqlama verib.

Ovannisyan Kəlbəcər rayonu, Talış-Madagis kəndləri və Cəbrayıl-Füzuli rayonları istiqamətində şiddətli döyüşlərin baş verdiyini əlavə edib. / Modern.az/

 

Mənbə: turkustan.info