Dağlıq Qarabağdakı gərginliklə əlaqədar ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib

Dağlıq Qarabağ münaqişəsi mövzusunda baş verən hadisələrə dair ATƏT Daimi Şurasının xüsusi iclası bu gün Albaniyanın ATƏT-ə sədrliyi ilə Vyanada yerli vaxtla 17:00-da çağırılıb.

APA-nın məlumatına görə, iclasda ATƏT-in 57 iştirakçı dövlətinin nümayəndələri iştirak edib.

Daimi Şuranın Sədri Səfir İqli Hasani iclası açaraq davam edən toqquşmalar və vəziyyətin pisləşməsi ilə əlaqədar sədrliyin narahatlığını ifadə edib və artan itki sayı fonunda ATƏT sədrliyi vəziyyətin deskalasiyası çağırışını təkrarlayıb.

Daimi Şuraya məlumat verən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik baş verənləri ən yüksək səviyyədə izlədiyini, tərəflərlə davamlı əlaqədə olduğunu və komandasının mümkün olduğu təqdirdə monitorinqləri bərpa etməyə hazır olduğunu söyləyib.

Minsk Qrupu həmsədr ölkələri- Fransa, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının nümayəndələri tərəflərə hərbi əməliyyatların dərhal dayandırılması və münaqişəyə davamlı həll yolu tapılması üçün danışıqların bərpa etdirilməsi barədə müraciətlərini təkrarlayıblar.

ATƏT sədrliyi münaqişənin danışıqlar yolu ilə həll edilməsinin vacibliyinə və Minsk Qrupu həmsədrlərinin və səfir Kaspşik vəziyyətin sabitləşməsi istiqamətində göstərdiyi səylərə dəstəyini təkrarlayıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Volkswagen ID.4 modelinin yeni videotizerini yaydı - VİDEO

SONRAKI XƏBƏR

Tərtərdə mülki əhali yenidən atəşə tutuldu - Ölən var