Ermənistana silah daşınmasına imkan vermərik - Tehran

Ermənistana silah daşınmasına imkan vermərik - Tehran

İran öz ərazisindən keçən tranzit yüklərə ciddi nəzarət edir və heç zaman silah-sursat daşınmasına imkan verməz.

Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib.

O, bəzi KİV-də İrandan Ermənistana silah-sursat daşınması haqqında yazılan xəbərləri təkzib edib.

Nəzərə çatdırılıb ki, İran ilə qonşu dövlətlər arasında yüklərin tranzit daşınması haqqında razılaşma var. Bu razılaşmaya əsasən, yük avtomobilləri yalnız mülki xarakterli yükləri daşıyır.

Mənbə: axar.az