İlham Əliyev: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır

İlham Əliyev: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır

Gürcüstanın nüfuzlu və üç dildə (rus, gürcü və ingilis dilləri) yayımlanan “report.ge” portalı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından material hazırlayıb.

Axar.az xəbər verir ki, “İlham Əliyev: Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sərlövhəli məqalədə Azərbaycan Ordusunun cəbhədəki qələbəsi və əks hücumu nəticəsində topraqlarımızın bir qisminin işğaldan azad olunduğu bildirilir.

Azərbaycan Prezidentinin çıxışından gətirilən sitatda deyilir: “Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib”.

Məqalədə daha sonra bildirilir: “Biz öz torpağımızda vuruşuruq. Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Mənbə: axar.az