Cavaxetiya erməniləri Gürcüstan-Türkiyə yolunu bağladılar

Cavaxetiya erməniləri Gürcüstan-Türkiyə yolunu bağladılar

Sentyabrın 29-da Axalkalaki bələdiyyəsinin Kartsax kəndində Gürcüstanın Cavaxetiya bölgəsindəki ermənilər Gürcüstan-Türkiyə beynəlxalq avtomobil yolunu bağlayıblar.

Virtualaz.org “armenpress”ə istinadən bildirir ki, onlar yük maşınlarının hərəkətinə mane olurlar. Ermənilərin sözlərinə görə, "Türkiyə bu yolla Azərbaycana silah göndərir".

Məlumata görə, Kartsaxdakı gərginlik artıq səngiyib, yol demək olar ki, açıqdır. Gürcüstan parlamentinin hazırkı deputatı Samvel Manukyan, eləcə də parlamentin keçmiş deputatı Samvel Petrosyan həmin ərazidədirlər, kəndə polis qüvvələri cəlb olunub.

Virtualaz.org

Mənbə: virtualaz.org