Erməni əsgərləri: "Bizi atdılar!" VİDEO

Erməni əsgərləri: "Bizi atdılar!" VİDEO

Azərbaycan Qarabağ ərazisində xüsusi hərbi əməliyyatı davam etdirir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, hazırda şiddətli döyüşlər gedir. Azərbaycan bölmələri işğal olunmuş yaşayış məntəqələrinin azad edilməsi uğrunda mübarizə aparırlar.

Virtualaz.org bildirir ki, Youtube kanalı “Caliber” Azərbaycanın işğal olunmuş ərazilərindəki döyüş bölgəsindən videogörüntülər yayımlayıb.

Kadrlardan görünür ki, erməni əsgərləri səngərlərdə hətta başlarını belə qaldıra bilmirlər. Hərbçilərdən birinin kaskasında baş verənləri lentə alan GoPro kamerası quraşdırılıb.

Kadrlarda görünür ki, əsgər dəhşət içində "bizi atdılar!” deyə necə qışqırır.

Onun xidmət yoldaşı isə qorxudan başını tutub ağlayır.

Virtualaz.org

Mənbə: virtualaz.org