ABŞ prezidentliyinə namizədlərin ilk debatı keçirildi

ABŞ prezidentliyinə namizədlərin ilk debatı keçirildi

Çərşənbə axşamı Ohayo ştatının Klivlend şəhərində prezidentliyə Respublikaçı namizəd və hazırkı Prezident Donld Tramp və prezidentliyə Demokrat namizəd və sabiq Vitse-Prezident Co Bayden arasında debat keçirildi.

Case Western Universitetində qarşılaşan namizədlər COVID-19 pandemiyasına qarşı cavab tədbirləri, iqtisadiyyat, iqlim dəyişikliyi və səsvermə prosesi də daxil olmaqla müxtəlif mövzularda fikirlərini səsləndirdilər.

Bu, Bayden və Tramp arasında ilk debat idi.

Prezident seçkilərinə beş həftə qaldığı bir vaxt namizədlər üç dəfə üz-üzə görüşməlidir.

Debatı 100 milyona yaxın amerikalının izlədiyi təxmin edilir.

Rəy sorğularına görə, seçicilərin 90% artıq seçim qərarlarını verib və bunu dəyişmək niyyətində deyillər.

Bir çox ştatda artıq erkən seçkilər başlayıb. Milyonlarla insan poct vasitəsi ilə səs verilməsi üçün müraciət edib. Belə ki, bir çoxları pandemiya dövründə üz-üzə toplaşmalardan uzaq durmağa çaılışır.

ABŞ prezidenti Donald Tramp daha əvvəl səsvermə səbəbi ilə seçkilərin təxirə salınmasını təklif etmişdi.Tramp Twitter hesabında yazmışdı ki, “poçtla səsvermə ilə 2020-ci il seçkiləri tarixdə ən qeyri-dəqiq və saxtalaşdırılmış seçki olacaq”.

77 yaşlı Bayden 36 il ABŞ Senatında, 8 il isə vitse-prezident vəzifəsində çalışıb.

74 yaşlı Tramp 4 il prezidentlik müddətini başa vurur və ikinci dönəm prezidentlik uğrunda yarışır.

Rəy sorğularına görə, iqtisadiyyat əsas məsələlərdən biridir.

Ekspertlərin fikrincə, Tramp nəyə görə indi yenidən seçilməli və daha 4 il prezidentliyə layiq olduğunu sübut etmək üçün əsaslı arqumentlərə malik olmalıdır.

Mənbə: www.amerikaninsesi.org