"Qətnamələrinin icrasına nail olmadan  BMT-ni eşitmək yox!.."

"Qətnamələrinin icrasına nail olmadan  BMT-ni eşitmək yox!.."

“Bu dəfə də torpaqlarımız azad edilməmiş bizi başqatan danışıqlara sürükləsələr, daha bir 30 il Şuşasız, Xankəndisiz, Kəlbəcərsiz, Laçınsız.... yaşamağa məcbur olacağıq...”

3 cümlə ilə bir "quş"...

Dünən Qarabağ savaşı ilə bağlı qapalı iclas keçirən (və Baş katibi bür müddət öncə işğalçı Ermənistan rəhbəri Paşinyanla irişə-irişə selfi çəkdirən) BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb.

Deyəsən, BMT rəhbərliyi 27 il öncə işğalçı Ermənistan qoşinlarının Azərbaycan Respublikası ərazilərindən dərhal çıxrılması haqda məlum 4 qətnaməsini bu dəfə özü də qulaqardına vurub – iclasda bu barədə bir kəlmə də deyilməyib, rəsmi İrəvana heç bir xəbərdarlıq edilməyib...

Odur ki, Azərbaycan rəhbərliyinin də, xalqının da, ordusunun da kifayət qədər haqqı-hüququ var ki, BMT-nin bu çağırışlarını qulaqardına vuraraq hüquqi-tarixi torpaqlarının azadlığı uğrunda döyüş əməliyyatlarını davam etdirsin və savaşı yalnız bu beynəlxalq qurumun Ermənistana öz qətnamələrini icra etdirməsindən sonra, yəni erməni qoşunlarının işğal altındakı bütün bölgələrimizdən, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindən çıxarılmasından sonra dayandırsın....

P.S. Bu dəfə də torpaqlarımız azad edilməmiş bizi başqatan, manipulyasiyalar dolu danışıqlara sürükləsələr, daha bir 30 il Şuşasız, Xankəndisiz, Kəlbəcərsiz, Laçınsız.... yaşamağa məcbur olacağıq...

Sultan Laçın

Mənbə: moderator.az