Yaponiyanın yeni Baş naziri oktyabr ayında ilk xarici səfərini edəcək

Bakı. Trend:

Yaponiyanın yeni Baş naziri Yosixida Suqa oktyabrın ortalarında ilk xarici səfərini edəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Yaponiya hökuməti hazırda Baş nazirin Vyetnam və İndoneziyaya səfərlərini təşkil edir.

Məlumata görə, istiqamət seçərkən Yaponiya tərəfi bu və ya digər ölkədəki epidemioloji vəziyyəti rəhbər tutub. Vyetnam Yaponiya ilə pandemiya səbəbindən kəsilən hava əlaqəsini bərpa edən ilk ölkə olub.

Suqa Vyetnamın Baş naziri Nquen Suan Fuk və İndoneziya Prezidenti Coko Vidodo ilə danışıqlar aparmaq niyyətindədir. Görüşlərin əsas mövzusunun Yaponiya ilə ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) arasında əməkdaşlığın gücləndirilməsinin olması gözlənilir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Ordusundan uğurlu əməliyyat: Erməni generalı və zabitləri məhv edildi - VİDEO

SONRAKI XƏBƏR

İstanbulu dolu vurdu - FOTO/VİDEO