Düşmən Madagiz istiqamətindən əlavə qüvvə cəmləşdirib və hücuma cəhd edir TƏRTƏR ATƏŞƏ TUTULUR,+TƏCİLİ

Ermənistan işğalçı qüvvələri Ağdərənin Madagiz qəsəbəsi istiqamətində əlavə qüvvələr cəmləşdirərək itirdiyi mövqeləri geri qaytarmaq üçün bu gün səhər saatlarından etibarən hücuma keçməyə cəhd edir. Azərbaycan Müdadiə Nazirliyinin məlumatına görə, düşmənin bu hücum cəhdinin qarşısı alınır və onun müqavimətinin qırılması üçün əks-həmlələr həyata keçirilir.

Döyüşlərin gedişində düşmən ordusu Tərtər şəhərini də müxtəlif tipli artilleriya qurğularından atəşə tutur. Şəhərdə infrastruktura ziyan dəyib, yaralılar var.

Xatırladaq ki, Azərbaycan ordusu hərbi əməliyyatların birinci günüdə Talış kəndi ətrafındakı bəzi mühüm yüksəklikləri tutub.

 

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Sabiq icra başçıları həbsdən qurtula bilmirlər - ilginc səbəblər

SONRAKI XƏBƏR

Eyni anda baş verən iki təbii fəlakətin möhtəşəm görüntüləri – VİDEO