Ordumuz vurur, Köçəryanın tərəfdarları isə sevinir

Ordumuz vurur, Köçəryanın tərəfdarları isə sevinir

Ermənistan cəmiyyəti iki yerə bölünüb: keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə Nikol Paşinyanın tərəfdarları məğlubiyyətlərə görə bir-birini ittiham etməyə başlayıb.

Axar.az xəbər verir ki, hətta Qarabağ cəbhəsindəki məğlubiyyətlərə görə Köçəryanın tərəfdarları sevinməkdən belə çəkinmir. Onlar bu məğlubiyyətlərin Paşinyan hakimiyyətinin sonunu gətirəcəyini düşünürlər.

“Hraparak” qəzeti yazır ki, bəziləri Paşinyanın İlham Əliyevin istəklərini yerinə yetirdiyini də iddia edir:

“Onlar ittiham etmək fürsətini qaçırmırlar, səlahiyyətliləri uğursuzluqda günahlandırır və hər bir uğursuzluğa da sevinirlər”.

Bəzi media orqanları isə Robert Köçəryanın tələm-tələsik Ermənistandan işğal altındakı Azərbaycan ərazilərinə gəlməsini “təəssüb çəkmək yox, özünə xal yığmaq” kimi qiymətləndirirlər.

Mənbə: axar.az