“Vətən Müharibəsi- xalqımızın bir yumruq kimi birləşib verdiyi müqəddəs qərardır”

“Vətən Müharibəsi- xalqımızın bir yumruq kimi birləşib verdiyi müqəddəs qərardır”

”Bu müharibə Qarabağ münaqişəsi tarixində dönüş nöqtəsidir və tamamilə yeni bir vəziyyət yaradır. Bu müharibə həm də Ermənistanın bundan sonra da Azərbaycan torpaqlarını işğal altında saxlaya biləcəyi xülyasını alt-üst etdi. Ordumuzun gündən-günə artan zəfər xəbərləri Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır.”

“Ordumuzun zəfərləri həm şəhidlərimizin qanını yerdə qoymur,onların qisasını alır, ruhunu şad edir,həm də çox Vətən torpaqlarını düşməndən azad etmək kimi şərəfli bir tarix yazmaqla hər bir azərbaycanlıya sözlə ifadəsi mümkün olmayan möhtəşəm bir qürur hissi yaşadır.”

Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli, Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatlarını şərh edərkən, xüsusi qeyd olunması vacib olan məsələrə toxunarkən bildirib.

Əli Məsimli bu açıqlamasında bildirib ki,”bu ilin son 3 ayında artıq ikinci dəfədir ki,Ermənstan genişmiqyaslı təxribata əl atır. Bu cəbhə xətti üçün xarakterik olan sıradanbir və ya təsadüfi hadisə deyil,çünki təsadüf təkrar olunmur. Hadisələrin gedişi göstərdi ki,Ermənistanın 27 sentyabr hərbi əməliyyatı planlaşdırılmış təxribatdır və əsas hədəfi sübh çağı sürətli hücuma keçib Azərbaycan cəmiyyətində panika yaratmaq və yeni əraziləri işğal etmək olub.”

Əli Məsimli bildirib ki,” lakin düşmnin bu arzusu gözündə qaldı. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu tərəfindən qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatları həyata keçirilir. Azərbaycan dövləti Ermənistanın bu təxribatını və onun arxasında gizlənən məkrli niyyətləri də nəzərə alaraq hərəkət edir. Azərbaycan ordusu Ermənistanın bu təxribatının qarşısını almaq üçün əsgərindən generalına qədər hamısı eyni səngədə bir sırada durub və düşmənə layiqli cavab verərək, ona ağır zərbələr endirir. Ordumuz böyük rəşadət və əzmkarlıqla Azərbaycanın dünya birliyi tərəfindən birmənalı şəkildə tanıdığı tarixi ərazilərində 30 ildən bəri erməni işğalçıları tərəfindən pozulmuş suveren hüquqlarını bərpa edir.Torpaqlarımızın bir hissəsi işğaldan azad olunub və bu proses uğurla davam edir. Hərbi əməliyyatlarım miqyasları və hadisələrin gedişi göstərir ki, bu artıq bütün cəbhə boyu genişmiqyaslı müharibədir.Bu müharibə Azərbaycan üçün Vətən Müharibəsidir, Azərbaycan dövlətinin, xalqının, ordusunun haqq işidir Vətən uğrunda canını qurban verən şəhidlərimiz də var....Allah şəhidlərimizə rəhmət eləsin!Ordumuzun zəfərləri həm şəhidlərimizin qanını yerdə qoymur,onların qisasını alır, ruhunu şad edir,həm də çox Vətən torpaqlarını düşməndən azad etmək kimi şərəfli bir tarix yazmaqla hər bir azərbaycanlıya sözlə ifadəsi mümkün olmayan möhtəşəm bir qürur hissi yaşadır.”

Əli Məsimli bildirb ki, “xüsusi qeyd olunması vacib olan məqamlardan biri də budur ki, Qarabağ uğrunda mübarizə-xalq,dövlət,ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsidir.Bu savaşda Azərbaycan xalqı siyasi, etnik mənsubiyyətindən, dünya görüşündən, yaşından asılı olmayaraq uşaqdan böyüyə kimi hamı yumruq kimi birləşib düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması üçün vuruşmağa israrlı olduğunu nümayiş etdirir.Bu savaşda Azərbaycan xalqı “hər şey Vətən üçün,hər şey qələbə üçün” düşüncəsilə yumruq kimi birləşib əlindən gələni edir.Azərbaycan Prezidentinin xalqa müraciəti və digər açıqlamaları dövlətin hər zaman olduğu kimi,belə həssas məqamda da xalqa arxalandığını göstərdi. On minlərlə insanın könüllü kimi orduya yazılması,eləcə də Ermənistanın bu təxribatı zamanı insanların öz evlərini tərk etməmələri Azərbaycanda xalq-ordu birliyindən və ordumuza olan böyük inamdan xəbər verir.Orduya könüllü kimi yazılanların sayının sürtlə artması təqdirəlayiq vətənpərvərlik faktı olmaqla yanaşı, həm də ordumuza olan inamdan irəli gəlir. Azərbaycanın siyasi qüvvələrinin də, o cümlədən siyasi müxalifətin işğalçı düşmənə qarşı aparılan bu savaşda dövlətlə, ordu ilə, Ali Baş Komandanlıqla bir yerdə olduğunu bəyan etməsi təqdirəlayiqdir.Azərbaycandan kənarda yaşayan soydaşlarımız xalqımızın bu haqq işinin dünya ictimaiyyətində çatdırılmasında səylərini artırır. Bir sözlə,xalqımız bir araya gəlib, Ali Baş Komandanın və ordumuzun yanındadır.”

Millət vəkili onu da qeyd edib ki,” döyüş meydanında əldə olunan ilkin uğurlu nəticələr xalqın böyük ruh yüksəkliyinə səbəb olub.Xalqın haqq tələbi,müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyini getdikcə artırır.Xalq tərəfindən nümayiş olunan ruh yüksəkliyi isə qələbənin zəminidir”.

Əli Məsmli altından xətt çəkilərək xüsusi qeyd olunması vacib olan məsələlərə toxunarkən bir məqam üzərində xüsusi dayanıb ki, ”bu müharibə Qarabağ münaqişəsi tarixində dönüş nöqtəsidir və tamamilə yeni bir vəziyyət yaradır. Bu müharibə həm də Ermənistanın bundan sonra da Azərbaycan torpaqlarını işğal altında saxlaya biləcəyi xülyasını alt-üst etdi. Ordumuzun gündən-günə artan zəfər xəbərləri Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır.”

Millət vəkili deyib ki, xüsusi qeyd olunmalı məsələrdən biri də budur ki, “1994-cü ildəki atəşkəsdən sonra Azərbaycan 26 ildir Qarabağ probleminin ədalətli həllini gözləyirdi. Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Lakin Azərbaycan bu məsələdə beynəlxalq hüququn gücünün işləmədiyini gördü. gücün qanununun beynəlxalq hüququn gücündən daha vacib olduğunu gördü.Ona görə də bu müharibənin arxasında hansı məntiqin dayanmasından asılı olmayaraq bir şey tam aydındır ki,Qarabağ nizamlanması prosesində hərbi güc amilinin əhəmiyyəti ön plana çıxıb. Beləliklə, Azərbaycan beynəlxalq hüquqa güvənərək “güclü dövlət-güclü ordu” tandemindən səmərəli istifadə edərək Ermənistanı işğal etdiyi torpaqları tərk etməyə məhkum olduğu faktı qarşısında qoyub.”

Əli Məsimli onu da xüsusi vurğulamağı vacib bildi ki, “müharibənin gedişi beynəlxalq icimaiyyətə, reallıq hisslərini itirməyən hər kəsə çoxdan məlum olan bir həqiqəti əyani şəkildə ortaya qoydu ki, Ermənistan havadalarının köməyi olmadan Azərbaycan torpaqlarını işğal altında saxlaya bilməz. Ermənistan da daxil olmaqla bütün dünya mediası etiraf edir ki, Azərbaycan ordusu bu savaşda böyük üstünlüyə malikdir.Belə şəraitdə Azərbaycana diplomatik təzyiqlər artacaq. Amma Azərbaycan kifayət qədər ciddi əsaslar hazırlamışdır və hər hansı bir təzyiq halında sənədlərdə təsbit olunmuş haqqını göstərə bilər və bu da mövqeyimizi gücləndirir. Qarabağ problemi tez bir zaman kəsiyində həll edilməsə və hərbi hissədən diplomatik nöqtəyə köçürülməsə, artıq dünyanın etiraf etməyə başladığı kimi, müharibə ordumuzun üstünlüyü şəraitində getdikcə genişlənib Azərbaycanın tam və qəti qələbəsi ilə tamamlanacaq.Azərbaycan ordusu yaranmış fürsətdən maksimum istifadə etməklə işğal altında olan torpaqlarımızı düşməndən təmizləmək üçün irimiqyaslı hərbi əməliyyatları davam etdirməli və qısa müddətdə işğal olunmuş torpaqları daha çox hissəsini azad etməli və döyüş meydanında qazanılan uğurları diplomatik uğur müstvisinə keçirməli,Ermənistanı işğal altındakı torpaqları Azərbaycana qaytarmaq məcburiyyətində qoymalıdır.”

Əli Məsimli onu da bildirib ki, “bir çoxları hesab edir ki, son aylar baş verən hadisələr Qarabağ nizamlanması prosesini ləğv etdi və bölgədə sülh axtarışları praktik olaraq sıfırdan başlamalı olacaq.Fikrimizcə Qarabağla bağlı danışıqlar üçün yeni alqoritmlər “kəşf” və təklif edilməsinə yer qalmayıb. Artıq internet əsridir və ötən əsrin 90-cı illərindən fərqli olaraq hər şey dünya ictimaiyyətinə yaxşı məlumdur.Bu,Ermənistanı əvvəlki şəkildə manupulyasiyalar etməsinə imkan vermir,Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ ətrafnda cərəyan edənləri ört-basdır edmək cəhdləri hər addımda ifşa olunur.Dağlıq Qarabağı ərazisi 4,4 min kv km olmaqla Azərbaycanın ərazisinin 5,1 faizini təşkil edir. Ermənistan dünya ictimaiyyəti qarşınında Qarabağ kartı ətrafında manupulyasiya edərək Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi 7 rayonu işğal etmişdir. Rəsmi sənədlərdə Ermənistanın işğal etdiyi ərazilər 20 faizə qədər göstərilsə də, işğal zonasına yaxın yaşayış məntəqələrində normal həyat şəraiti və təsərrüfat işlərini aparmaq imkanlarının olmadığını nəzərə almaqla, 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin 25 faizə qədəri erməni təcavüzünün nəticələrini öz üzərində hiss etməkdədir.Ermənistanın təcavüzü nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox adam əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər boyu yaşadıqları ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq soydaşımız qovulmuş, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilmişdir.Bu cür təkzibedilməz faktlar fonunda mənasız və nəticəsiz danışıqların limiti çoxdan bitib.Bunu sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti ilə və Ermənistan baş nazirinin çıxışlarının müqayisə edən hər kəs da əyanı şəkildə gördü ki, erməni tərəfi Azərbaycan tərəfinin ortaya qoyduğu təkzibedilməz faktlar qarşında duruş gətirə bilmir.Azərbaycan prezidenti öz çıxışında zəngin,tutarlı faktoloji əsaslara söykənərək Ermənistanın baş nazirni bir daha dünya ictiamiyyıti qarşısında ifşa etdi.Qarşı tərəfin bəsit məntiqi və sərsəmləmələri isə ancaq gülüş yaratdı. Azərbaycan Prezidenti bir haha qəti mövqe ortaya qoydu ki,mənasız danışqlar dövrü bitib, danışıqlar yalnız bir məsələ ətrafında ola bilər: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.”

Əli Məsimli beynəlxalq və regioanal təşkilatların Qarabağ ətrafında gedən proseslərdə verdikləri bəyanatlara münasibət bildirərkən qeyd etdi ki, “indi Qarabağda işğalçıya qarşı aparılan əməliyyat dünya ictimaiyyətinin diqqətindədir..Bütün beynəlxalq təşkilatlar hadisəyə xüsusi diqqətlə yanaşırlar, bəyanat verirlər. Həmin bəyanatlarn məzmunu “hərbi əməliyyatlar dayandılması və danışıqlara başlanılması” kimi standart xarakter daşıyır və çox təəssüf ki, 30 il ərzində olduğu kimi,indi də işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmur.Halbuki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə açıqca göstərilir ki, işğal olunmuş Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilməlidir.ATƏT-in Minsk Qrupuna mandat vermişdi ki, bu qətnamələrin yerinə yetirilməsi üçün fəaliyyət göstərsin.Lakin həmin qətnamələrdə irəli sürülən tələblərin ədalətli reallaşma mexanizmi ortaya qoyulmadığından, həm Ermənistan bu qətnamdəki tələblərə məhəl qoymur,həm də ATƏT-in Minsk Qrupu və digər qurumlar bu missiyanın öhdəsindən gələ bilmədilər. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın artmasını,AZərbaycanın yeni torpaqlarını işğal etməyi birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Amma fakt budur ki,BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 ilə yaxındır həyata keçirilmir Ona görə də indi bu təşkilatların missiyasını Azərbaycanın igid,mərd əsgəri təmin edir. Azad edilmiş ərazilərə sancılan Azərbaycan bayrağının sayı gündən-günə artır. Azərbaycan ordusu həm ölkənin ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlar keçirir,həm də bununla paralel olaraq dövlətimiz sıx diplomatik təmaslar həyata keçirir. Azərbaycanın mövqeyi aydın və birmənalıdır: Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində etibarlı şəkildə həll oluna bilər! Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” fərmanı ona dəlalət edir ki,Azərbaycan hökuməti və Azərbaycan xalqı bu məsələdə artıq öz seçimini edib.Bu seçim torpaqlarımızı işğaldan azad edilməsinə yönəlməklə haqqı və tarixi ədalənin bərpa olunması qərarıdır. Vətən Müharibəsi-xalqımızın bir yumruq kimi birləşib verdiyi müqəddəs qərardır. Ermənistanın avantürist hərbi təxribatı ucbatından başlayan silahlı toqquşmalar artıq situasiya,hər şey köklü şəkildə dəyişib. Beynəlxal ictimaiyyət də artıq getdikcə daha çox dərəcədə fərqindədir ki, bütün həddləri aşmış avanturist,cəzasızlıqn şirnikləşərək azğılaşmış Ermənitsan təkcə yerləşdiyi Cənubi Qafqaz üçün yox,bütovlükdə Avropa üçün təhdiddir” Əli Məsimli bu mövzuda fikrini davam etdirərək sonda bildirdi ki,”yaşadığımız yeni zaman-əzəli Azərbaycan torpaqlarının artıq geri, aid olduğu yerə- doğma Azərbaycana qayıtma zamanıdır.Ermənistan Azərbaycanın yeganə və qəti şərtini qəbul edərək, işğal altındakı bütün əraziləri boşaltmaq məcburiyyətindədir... Bu tarixi fürsəti qaçırmamaqdan ötrü,AZərbaycan ordusinin həyata keçirdiyi anti-teror əməliyyatlarnı işğal olunmuş torpaqlarımızın azad edilməsinə qədər davam etdirməli, 30 ildən artıqdır ki,düşmən tapdağnda inləşən torpaqlarının işğalına son qoymaq lazımdır. Bu üsula Qarabağ probleminin həlli Azərbaycanın önündə öz torpağını öz gücünə azad etməyə qadir xalq,dövlət,ordu birliyi ilə hesablaşan tamamilə yeni reallığn bərqərar olmasının əsasını qoyacaqdır. Biz indi bu şərəfli yolda,haqq yolundayıq, haqq bizimlədir. Ona görə də bütün beynəlxalq və regioanal təşkilatlar təkcə sözdə yox,əməldə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə və bu məzmunda olan sənədlərin altına qoyduqları imzalarına hörmət etməli,onların verdiyi bəyanat və qərarlar da məhz Azərbaycan xalqının öz haqq işi bərədə verdiyi qərara uyğun olmalı və bu qərarın qeyd-şərtsiz reallaşmasına xidmət etməlidir.Yalnız bu yolla dünyanın ən qaynar nöqtələrindən biri olan Cənubi Qafqaz regionunda təhlükəsizliyi,sülhü və əmin-amanlığı etibarlı şəkildə təmin etmək olar”.

 

 

Mənbə: moderator.az