Millət vəkili dünya azərbaycanlılarına müraciət etdi

Millət vəkili dünya azərbaycanlılarına müraciət etdi

Millət vəkili Vahid ƏhmədovModerator.az vasitəsi ilə dünya azərbaycanlılarına müraciət edib. Millət vəkiliAzərbaycanın öz haqq işi uğrunda müharibə apardığı bir zamanda, dünyadakı hərbir soydaşımızı fəal olmağa, xalqımıza, dövlətimizə kömək üçün əlindən gələni əsirgəməməyəçağırıb:

“Mən dünyadakı bütünsoydaşlarımızı indiki tarixi-həlledici məqamda dövlətimizə dəstək olmağa, Azərbaycanınhaqq işini, apardığı mübarizənin ədalətli olduğunu yaşadıqları dövlətlərin, eləcədə beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün fəal olmağa səsləyirəm. Erməniyalan və təxribatlarını ifşa etmək, rəsmi İrəvanın uzun illərdir davam edən işğalçılıq siyasətininqorxunc mahiyyətini dünya xalqlarına izah etmək baxımından bu fəallıq olduqcavacibdir. Xüsusilə də Rusiyada yaşayan soydaşlarımız, ziyallılarımız bu məsələdədaha aktiv olmalıdır.

Bu gün Rusiyada çoxlusayda ziyalılarımız yaşayır. Onların bu məsələdəki fəallığı dövlətimizin haqq səsininbeynəlxalq aləmdə daha yaxşı eşidilməsi, dünyanın Qarabağla bağlı əsl həqiqətdənxəbərdar olması baxımından olduqca əhəmiyyətlidir.

Ümumiyyətlə, dünyanınharasında yaşamasından asılı olmayaraq,hər bir azərbaycanlı maarifləndirmə-təbliğati müstəvidə əlindən gələni etməli,Azərbaycanın aparıdğı mbarizəyə öz töhfəsini verməlidir. Xalqımızın, dövlətimizinmənafeyi bizdən bunu tələb edir və inanıram ki, dünyadakı soydaşlarımızın hərbiri bu məsələdə üzərlərinə düşən məsuliyyəti dərk edəcək, bu istiqamətdə bütüngərəkli addımları atacaqdır”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az