Tramp və Bayden prezidentlik debatında kəskin mübahisə ediblər – VİDEO

Tramp və Bayden prezidentlik debatında kəskin mübahisə ediblər – VİDEO

ABŞ prezidenti Donald Tramp və rəqibi Co Baydenin iştirakı ilə son illərin ən xaotik və qəzəbli Ağ Ev müzakirələrindən biri baş tutub.

Qazet.az BBC-yə istinadən xəbər verir ki, Ohayo ştatının Klivlend şəhərində keçirilən forumda Tramp və Bayden 90 dəqiqə ərzində COVID-19 pandemiyası, ağ irqin “üstünlüyü” məsələsi və iqtisadiyyat barədə qızğın mübahisələr aparıblar.

Bayden Trampı “təlxək”, “Amerikanın gördüyü ən pis Prezident” adlandırıb və ona “səsini kəsməsini” bildirib. Ağ Ev rəhbəri isə rəqibinin oğlunun “narkotik istifadəsi” məsələsini gündəmə gətirib.

Əhali arasında keçirilən sorğular Baydenin Tramp üzərində cüzi üstünlüyü olduğunu göstərir.

Tərəflərin bəzi sitatlarını təqdim edirik:


Bayden: “Bu o prezidentdir ki, əlində olan hər şeydən irqi ayrı-seçkilik yaratmaq üçün istifadə edib”.
Tramp: “Sən özün 1994-cü ildə qəbul edilən Cinayət Məcəlləsini dəstəkləyən zaman afroamerikalıları “super vəhşilər” adlandırmısan”.
Bayden: “O, koronavirus pandemiyası ilə mübarizə apara bilmədi – təşvişə düşdü və üzünü fond bazarına çevirdi. Çox sayda insan ölüb və o, daha ağıllı və daha cəld hərəkət etmədiyi müddətcə hələ çoxu öləcək”.
Tramp: “Sən “ağıllı” sözündən istifadə edirsən? Sən Delaver ştatına gedib məzun olduğun kollecin adını unudan adamsan. Sinfini ən aşağı qiymətlərlə bitirmisən. Bir də mənim yanımda “ağıllı” sözünü işlətmə”.

 

 

 

Mənbə: qazet.az