Bayden Trampı  “Putinin küçüyü” adlandırdı…

Bayden Trampı  “Putinin küçüyü” adlandırdı…

ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden hazırkı Amerika liderinin Rusiya Prezidenti Vladimir Putin üçün bir küçük olduğunu bildirib.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, C.Bayden bunu “CBS News”-un canlı yayımladığı ilk debat zamanı söyləyib.

Baydenə görə, Trampın "Amerikalı əsgərlərin başlarına görə mükafatlandırmaq haqqında" Putinə söyləyəcəyi bir şey yoxdur. Demokrat namizəd “The New York Times” qəzetinin Rusiyanın Əfqanıstandakı silahlılarla müqavilə bağladığı və bu ölkədə ABŞ əsgərlərini öldürdükləri üçün pul təklif etdiyinə dair materialı belə şərh edib.

Tram tənqidlərə cavab olaraq bir demokrat namizədin oğlu Hanter Baydenin Rusiyanın ən varlı qadını kimi tanınan keçmiş Moskva meri Yuri Lujkovun dul arvadı Yelena Baturinadan pul aldığını söyləyib. Bayden bu məlumatların yalan olduğunu bildirib.

Daha sonra Bayden Donald Trampın susmasını da təklif edib. Müzakirə zamanı Tramp bir neçə dəfə Baydenin sözünü kəsib. “Ağzını yumacaqsan? Bu, prezidentə layiq davranış deyil” -deyə demokrat namizəd əsəbiləşib.

Sultan Laçın

 

 

 

Mənbə: moderator.az