“Erməniləri torpaqlarımızdan çıxarmağın artıq başqa yolu qalmamışdı...”

“Erməniləri torpaqlarımızdan çıxarmağın artıq başqa yolu qalmamışdı...”

“Mənə elə gəlir ki, bu məsələni yarımçıq qoymarıq və dövlət başçımızın da cəsarətindən gördük ki, bunu yarımçıq qoymaq fikrimiz yoxdur. Çünki əgər biz bu savaşı yarımçıq qoysaq, sonra çox çətin olacaq”

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. Xalq şairi deyib ki, biz erməni xalqıyla yox, torpaqlarımızda yerləşən quldur dəstələri ilə müharibə aparırıq:

“İnşallah bir Qarabağ söhbətini bitirəcəyik. Bu, xalqımızın gözlədiyi bir şeydir. Mənə elə gəlir ki, bu məsələni yarımçıq qoymarıq və dövlət başçımızın da cəsarətindən gördük ki, bunu yarımçıq qoymaq fikrimiz yoxdur. Çünki əgər biz bu savaşı yarımçıq qoysaq, sonra çox çətin olacaq. Ona görə də sona qədər getməliyik. Xalqımızda uşaqdan-böyüyə hamımızda böyük ruh yüksəkliyi var. Erməniləri torpaqlarımızdan çıxarmağın artıq başqa yolu qalmamışdı. İnşallah qələbə bizim olacaq. Sözsüz ki, əleyhimizə danışanlar da, düşmənlərin havadarları da var. Bir şeyi bilməliyik ki, Azərbaycan dövləti, ordusu, prezidenti, xalqı erməni xalqıyla müharibə aparmır, Azərbaycan ordusu bizim ərazidə özünə başqa bir millətin təmsilçisi adını vermiş quldur dəstələri ilə müharibə aparır. Mənə elə gəlir ki, biz bu quldur dəstələrin öhdəsindən gəlməklə erməni millətinin də canını bu quldurlardan qurtarmış olacağıq. Biz müharibəmizlə təkcə Qarabağı azad etmirik, eyni zamanda, erməni xalqını yaman günə qoyan, əxlaqını pozan quldurlardan da xilas edirik”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az