Gürcüstan Azərbaycanlılarının Milli Konqresi: Ermənistan çoxdan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməli idi

Gürcüstan Azərbaycanlılarının Milli Konqresi: Ermənistan çoxdan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməli idi

Bakı. Tamilla Məmmədova - Trend:

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Ermənistan çoxdan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməli idi.

Bunu Trend-ə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev deyib.

O bildirib ki, bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və bu, şübhə altına alınmır.

Ə.Babayev əlavə edib ki, Azərbaycan hər zaman sülhsevər mövqe nümayiş etdirib, amma erməni təcavüzkarlar bütün dünyaya göstərib ki, onlar nəinki Azərbaycan torpaqlarını azad etmək niyyətindədir, hətta işğal zonasını genişləndirməyi planlaşdırır:

“BMT Təhlükəsizlik Şurasının qətnmaləri erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edir. Yerevan isə 30 il ərzində bu sənədlərin icrası üçün bir addım belə atmayıb. Azərbaycanın öz işğal olunmuş ərazilərini azad etmək hüququ var. Əgər təcavüzkar “öz xoşu ilə” getmək istəmirsə və əvəzində yeni ərazilər işğal etməyə hazırlaşırsa, Azərbaycan güc tətbiq etməyə borcludur”.

Mənbə: az.trend.az