Azərbaycan da, Ermənistan da  Rusiyaya daxil olsun!”- Jirinovski yenə axmaqladı...

Azərbaycan da, Ermənistan da  Rusiyaya daxil olsun!”- Jirinovski yenə axmaqladı...

Rusiya Dövlət Dumasının deputatı və LDPR lideri Vladimir Jirinovski Ermənistanın başlatdığı təxribata cavab olaraq Azərbaycanın torpaqlarının azadlığı üçün davam etdirdiyi savaşdan danışarkən yenidən sərsəmləyib.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, üzdəniraq siyasətçi bir daha “münaqişədən çıxış yolu” kimi Qarabağın Rusiyanın tərkibinə daxil olmasını təklif edib.

"Birinci seçim Dağlıq Qarabağın Rusiya Federasiyasına daxil edilməsidir. Bundan həm İrəvan razı qalacaq, həm də Bakı. Bir kompromis olaraq" -deyə Rusiya Liberal Demokrat Partiyasının şovinist, imperiyapərəst lideri bildirib.

"İkinci seçim - hər iki respublikanın, yəni həm Azərbaycan, həm də Ermənistanın Rusiyanın tərkibinə daxil olmasıdır"-deyə Jirinovski növbəti həyasız fikrini ortalığa qoyub.

Xatırladaq ki, V.Jirinovski Qarabağın Rusiyaya birləşməsi “ideyası”nı son illər dəfələrlə bəyan edib.

Sultan Laçın

 

 

Mənbə: moderator.az