Netanyahu: Beyrutda yeni partlayış baş verə bilər

Netanyahu: Beyrutda yeni partlayış baş verə bilər

Beyrutda yeni partlayış baş verə bilər.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.

O, Beyrutda yeni partlayışın baş verəcəyini bildirdiyi ərazini xəritədə də göstərib:

“Ötən ay Beyrut limanında dəhşətli partlayışın şahidi olduq. Burada (xəritədə göstərilən ərazi) növbəti partlayış baş verə bilər. Beyrut rayonunda yerləşən bu yerdə Hizbullahın gizli silah anbarı var. Rayon sakinləri bununla bağlı dərhal tədbir görməlidirlər. Siz buna etiraz etməlisiniz, çünki burada partlayış baş verərsə, daha bir faciənin şahidi olacağıq”.

 

Mənbə: axar.az