İkinci dəfə Rusiya prezidentinə zəng

İkinci dəfə Rusiya prezidentinə zəng

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə yenə zəng edib. Polemik.az Kremlin Mətbuat Xidmətinə istinadən bildirir ki, çərşənbə axşamı "Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı olub". "Putin hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. Qarşı tərəflərin atəşi dayandırmasına və böhranı azaltmaq üçün tədbirlər görmələrinə ehtiyac olduğu təkidlə vurğulanıb", - deyə Kremldən bildirilib. Qeyd edək ki, bu, Putinin və Paşinyanın son günlərdə ikinci telefon söhbətidir, onlar bundan əvvəl sentyabrın 27-də danışmışdılar.

Mənbə: polemik.az