Sahibə Qafarova: Xalqımız öz dövlətinin yanındadır

"Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı davam edir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, düşmənin təxribatı barədə doğru, düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün bütün tədbirlər həyata keçirilir:

“Bu istiqamətdə parlament diplomatiyasından da istifadə edilir. Bütün danışıq və məktublarda Ermənistan silahlı qüvvələri tərəfdindən təxribatların törədilməsi və s. kimi məsələlər qeyd edilib. Azərbaycan öz ərazi bütövlüyünü təmsil edəcək”.

Spiker bildirib ki, Türkiyə parlamentində təmsil olunan siyasi partiyalar Ermənistanın təxribatı ilə bağlı birgə bəyanat yayıblar:

“Mən dünən TBMM-in sədrinə məktub göndərərək minnətdarlığımı bildirmişəm. Bu gün xalqımız öz dövlətinin yanındadır”. //Report.az

 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin adları - FOTO

SONRAKI XƏBƏR

Orxan Gəncəbay: “Biz haqqın yanındayıq”