Milli Məclisdə Azərbaycanın İsraildə səfirliyinin açılması təklif olunub

“Xarici ölkələrdə nə qədər çox səfirlik açsaq, bizim üçün o qədər yaxşıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, İsraildə də bizim səfirliyimizin açılması çox vacibdir.

Deputat Fəzail Ağamalı deputat həmkarını dəstəkləyib: “İsrail bizim ən yaxşı tərəfdaşlarımızdan biridir. İsraildə də səfirliyimizin açılmasının tərəfdarıyam”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın ATƏT-dəki səfiri: Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə sadiqdir

SONRAKI XƏBƏR

“Sosial şəbəkələr hərbçilərimizin həyatını təhlükəyə atır” - VİDEO