Milli Məclisdə Azərbaycanın İsraildə səfirliyinin açılması təklif olunub –İrana etirazlar artır

Milli Məclisdə Azərbaycanın İsraildə səfirliyinin açılması təklif olunub –İrana etirazlar artır

“İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”.

Strateq.az “Report”a istinadla xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu müsəlman ölkəsi dayanmadan Ermənistana köməklik edir: “Bu, onların şüuru və bizə yanaşmasıdır. Təklif edirəm ki, biz növbəti səfriliyimizi İsraildə açaq”.

Deputat Fəzail Ağamalı da İsraildə Azərbaycanın səfirliyinin açılmasına ciddi ehtiyacın duyulduğunu bildirib.

Mənbə: strateq.az