XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir

Bakı. Trend:

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir.

Trend-in məlumatına görə, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba brifinq zamanı deyib.

O bildirib ki, müharibə faciə və dağıntı deməkdir:

“Hazırkı vəziyyət göstərir ki, dondurulmuş münaqişələr heç də dondurulmuş deyil və istənilən an partlaya bilər”.

Nazirin sözlərinə görə, vacib məqam ölkələrin ərazi bütövlüklərini dəstəkləməkdir:

“Azərbaycanın bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik. Bizim mövqeyimiz dəyişməz qalacaq”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Əli Hüseynli: "İşğalda olan rayonlarımız azad olunandan sonra orada olan dəmir yolu xətləri yenidən qurulacaq"

SONRAKI XƏBƏR

Gəncədə iki rayon ləğv edilə bilər