Gürcü ekspert: Bəzi kəndləri azad etməklə Azərbaycan ərazi bütövlüyünün bərpasına başladı

Bakı. Tamilla Məmmədova - Trend:

Hazırkı mərhələdə döyüş əməliyyatları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində aparılır.

Bunu Trend-ə gürcü ekspert, professor Vaxtanq Maisaya deyib.

Onun sözlərinə görə, bu kontekstdə bir sıra ərazinin işğalından azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasının başlamasını ifadə edir.

Ekspert bildirib ki, bu müharibə hələlik məhdud xarakter daşıyır:

 

“Amma tərəflər artıq səfərbərlik elan edib. Hərbi əməliyyatlar Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafında bütün perimetr boyunca davam edir”.

Ekspert əlavə edib ki, bu miqyasda hərbi əməliyyatlar uzun müddət ərzində ilk dəfə aparılır:

“Bu müharibə irimiqyaslı hərbi-siyasi faciəyə və regional müharibəyə çevrilə bilər. Hələ ki, dayanıb danışıqlar masasına oturmağa vaxt var. Dünya ictimaiyyətinin bütün nümayəndələri, o cümlədən Gürcüstan hakimiyyəti sülhün təmin olunması və regionda irimiqyaslı müharibənin qarşısının alınması üçün əlindən gələni etməlidir. Əks halda, bu, Qafqaz müharibəsinə çevriləcək”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Tabaterra" Orduya 1 milyon manat köçürdü

SONRAKI XƏBƏR

Çavuşoğlu: Sülhün olması üçün Ermənistan işağl etdiyi ərazilərdən dərhal çıxmalıdır