“SABA CARS AZERBAİJAN” MMC Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırdı

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın 27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində atəşkəs rejimini kobud şəkildə pozmasından dərhal sonra mülki əhalimiznin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan ərazilərimizin erməni terrorçularından təmizləmək məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Belə bir qürurverici tarixi günlərdə, damarlarında azərbaycanlı qanı axan hər bir vətən övladı millətimizi, torpağımızı, dövlətçiliyimizi qoruyan Şanlı Ordumuza öz maddi-mənəvi dəstəyini əsirgəmir.

“BRABUS GmbH”ın Azərbaycanda rəsmi təmsilçisi “Saba Cars Azerbaijan” MMC şirkəti də öz yardımsevər ənənəsinə sadiq qalaraq, bu dəfə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10 000 AZN (On min manat) məbləğində ianə köçürüb.

Şirkətin kollektivi Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını ifadə edərək, hər an təyinatları üzrə döyüşə hazır olduqlarını bildirirlər.

Böyük və Qüdrətli Allah bu haqq yolda Xalqımıza, Ali Baş Komandanımıza və Ordumuza yardımçı olsun, Amin! Qarabağ Azərbaycandır!

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"Tabaterra" Orduya 1 milyon manat köçürdü

SONRAKI XƏBƏR

Çavuşoğlu: Sülhün olması üçün Ermənistan işağl etdiyi ərazilərdən dərhal çıxmalıdır