"Tabaterra" Orduya 1 milyon manat köçürdü

"Tabaterra" Qapalı Səhmdar Cəmiyyəti Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün şanlı ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

QSC-dən Axar.az-a verilən məlumatda bildirilir ki, Ali Baş Komandanımızın rəhbərliyi altında düşmən tapdağında olan torpaqlarımız cəsur ordumuz tərəfindən tezliklə azad olunacaq və bir milyondan çox köçgün və qaçqının öz torpaqlarına geri qayıtması ilə 30 illik Vətən həsrətinə son qoyulacaq.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir

SONRAKI XƏBƏR

Gürcü ekspert: Bəzi kəndləri azad etməklə Azərbaycan ərazi bütövlüyünün bərpasına başladı