Çavuşoğlu: Sülhün olması üçün Ermənistan işağl etdiyi ərazilərdən dərhal çıxmalıdır

Çavuşoğlu: Sülhün olması üçün Ermənistan işağl etdiyi ərazilərdən dərhal çıxmalıdır

Bakı. Trend:

Ermənistan beynəlxalq hüququ saya salmır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman bütün variantlarda Azərbaycana yardım göstərməyə hazırdır:

"Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki öz həllini tapmır, indiyə kimi müxtəlif təkliflər olsa da, bu məsələ öz həllisini tapmayıb. BMT qətnamələr yerinə yetililməldiir. Təssüflər ki, bu qətnamələrin heç birinə məhəl qoyulmur. Məhz bu səbəbdən də Azərbaycan öz torpaqlarını özü azad etmək istəyir.

Çavuşoğlu bildirib ki, Azərbaycan başqa ərazidə deyil, öz ərazisində mübarizə aparır: Buna görə də Azərbaycan və Ermənistana eyni münasibətlə yanaşmaq olmaz.

Çavuşoğlu guya Türkiyənin Azərbaycana silahla dəstək göstərməsi ilə bağlı bildirib ki, buna ehtiyac yoxdur və Prezident İlham Əliyev də bunu qeyd edib. Həqiqətəndə Azərbaycanın buna ehtiyacı yoxdur. Əksinə olaraq Ermənistan başqa ölkələrdən dəstək alaraq Azərbaycana qarşı hərbi təxribat həyata keçririr:

Dünya ictimaiyyəti Azərbaycanın narazıçılığını Türkiyə onları başa düşdüyü kimi başa düşməlidir. Ermənistan bilindiyi kimi işğalıçı siyasətini davam etdirir və bununla yanaşı yaxın şərqdən gətirdiyi erməniləri münaqişəyə cəlb edir. Münaqişənin həll olunmaması Ermənistanın marağındadır. Təssüflər olsun ki, qərb ölkələrinin bir çoxu olayı yolla dəstəkləyirlər:

"Bir şeyi də qeyd edim ki, bölgədə sülhün olması üçün, ilk növbədə atəşkəs elan olunmalı və Ermənistan işağl etdiyi ərazilərdən dərhal çıxmalıdır. Ermənistanın münaqişəni diplomatik yolla həll etmək istəyi yoxdur.

Türkiyə və Azərbaycan rəsmilər davamlı olaraq bölgədəki vəziyyələ bağlı əlaqə saxlayırlar".

Mənbə: az.trend.az