Binəqədidə yüzlərlə şəxs könüllü olaraq hərbi xidmətə yollanıb (FOTO)

Binəqədidə yüzlərlə şəxs könüllü olaraq hərbi xidmətə yollanıb (FOTO)

Bakı. Samir Əli -Trend:

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsində növbəti izdiham yaşanıb.

Trend-in məlumatına görə, yüzlərlə çağırışçı şöbəyə gələrək könüllü olaraq hərbi xidmətə yollanıb. Böyük ruh yüksəkliyi ilə şöbəyə gələn könüllülər xüsusi nəqliyyat vasitələri ilə hərbi hissələrə alqışlarla yola salınıb.

Mənbə: az.trend.az