Poroşenko COVID-19-a yoluxdu

Poroşenko COVID-19-a yoluxdu

Ukraynanın sabiq prezidenti Petro Poroşenko koronavirusa yoluxduğunu açıqlayıb.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, Petro Poroşenkonun Covid-19 testinin nəticələri pozitiv çıxıb.
Poroşenko sosial şəbəkə hesabındakı açıqlamasında səyahətlərinə ara verməli olduğuna görə kədərləndiyini bildirib. Keçmiş prezidentin evdə müalicə aldığı bildirilir.
55 yaşlı Poroşenko, 2014-2019-cu illər arasında Ukrayna prezidenti vəzifəsini yerinə yetirib.

Mənbə: www.yeniavaz.com