"Bu gün baş verənlər tariximizə qızıl hərflərlə yazılacaq" - AÇIQLAMA

"Bu gün baş verənlər tariximizə qızıl hərflərlə yazılacaq" - AÇIQLAMA

Düşmən tərəfi cəbhədə uğradığı məğlubiyyət qarşılığında müharibə cinayətləri törətməkdədir. Belə ki, erməni əsgərləri dinc əhalinin yaşadığı əraziləri atəşə tutmaqda davam edir.

Bu barədə Redaktor.az-a danışan siyasi ekspert Rusif Məmmədsoy deyib ki, bunun səbəbi qorxu və panikadır:

“Digər dövlətlərdən əli üzülən erməni tərəfi mülki əhalini nişan almaqda davam edir. Bunun da səbəbi qorxu və panikadır. Qırılan erməni əsgərləri, azad edilən torpaqlar onları çıxılmaz vəziyyətə salıb. Son ümid kimi mülki şəxsləri vuraraq, Azərbaycan tərəfinin hücumlarının səngiyəcəyini güman edirlər. Amma yanılırlar”.

R.Məmmədsoy Azərbaycan-Türkiyə dostluğuna toxunaraq qeyd edib ki, Azərbaycanın Türkiyə üçün nə qədər vacib ölkə olmasının şahidi olduq.

“Qardaş ölkə, eyni zamanda strateji müttəfiqimiz Türkiyə televiziyaları mütəmadi olaraq erməni təxribatını yayımlayır, mülki şəxslərin nişan alınmasını dünyaya çatdırmaqda yardımçı olur. Təbii ki, Ermənistan bizim üçün ciddi rəqib deyil. Türkiyə də bu mesajları Ermənistanın havadarlarına göndərir. İstənilən halda bugünki proseslər tariximizə qızıl hərflərlə yazılacaq”.

Şəfəq Samed / Redaktor.az

 

Mənbə: redaktor.az