Yalançı “prezident”: Arutyunyan erməniləri necə aldatdı?

Yalançı “prezident”: Arutyunyan erməniləri necə aldatdı?

Azərbaycanın işğal altında saxlanılan Qarabağ ərazisindəki qondarma qurumun lideri Araik Arutyunyan “sələfləri” kimi daima özünün hərbi keçmişiylə, müharibə iştirakçısı olmasıyla fəxr etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Araik Arutyunyan, həmçinin özünün hazırlatdığı rəsmi bioqrafiyasında da bu məsələyə xüsusi yer verib.

Belə ki, rəsmi tərcümeyi-halında Arutyunyanın 1992-ci ildə I Qarabağ savaşında iştirak etdiyi bildirilir.

Halbuki Arutyunyan 1990-1994-cü illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. I Qarabağ savaşının 1992-ci ildən sonra daha iki il davam etdiyini və savaşın getdiyi anda heç bir hərbçinin evə buraxılmadığını (əgər ciddi yaralanmayıbsa) nəzərə alarsaq, o zaman ziddiyyət yaranır.

Rəqəmlərə nəzər saldıqda məntiqli görünən budur ki, ya Arutyunyan savaş görməyib, savaş müddətində İrəvanda tələbə həyatı yaşayıb, ya da savaşda iştirak edib, amma ali təhsil almayıb və sonrakı dövrlərdə saxta diplomla magistr, aspirant və “elmlər namizədi” olub.

Mənbə: axar.az