Ermənistan Azərbaycana qarşı Rusiya hərbi bazasından istifadə edə bilər

Ermənistan Azərbaycana qarşı Rusiya hərbi bazasından istifadə edə bilər

Ermənistan Azərbaycana qarşı Rusiya hərbi bazasından istifadə edəcək.

Milli.Az İnterfax-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir.

"Xüsusi vəziyyətlərdə" bazanın potensialından istifadə edilə biləcəyini etiraf edən Paşinyana görə, Qarabağda genişmiqyaslı müharibənin hazırkı mərhələsində belə bir ehtiyac yaranmayıb. O, Azərbaycana qarşı hərbi əməliyyatlardan danışarkən, "Ancaq heç kim gələcəkdə nələr baş verəcəyini təxmin edə bilməz" deyib.

Paşinyan onu da əlavə edib ki, Ermənistan Qarabağ nizamlanması məsələsində Azərbaycan və Rusiya tərəfləri ilə üçtərəfli görüş keçirməyi mümkün hesab etmir: "Gərgin döyüş əməliyyatları zamanı Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli görüşü barədə danışmaq o qədər də uyğun deyil. Danışıqlar üçün uyğun bir atmosfer və şərtlərə ehtiyac var".

Təhməz Əsədov
Milli.Az

Mənbə: news.milli.az