“Gürcüstan erməni “könüllüləri”nin sərhədi keçməsinə icazə verməyəcək” - MÜSAHİBƏ

“Gürcüstan erməni “könüllüləri”nin sərhədi keçməsinə icazə verməyəcək” - MÜSAHİBƏ

Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər “könüllü” olaraq qeydiyyatdan keçərək, Qarabağda müharibə etmək niyyətində olduqlarını bildirirlər. Əslində, bu terrorçuların Gürcüstan-Ermənistan sərhədindən keçməsinə icazə verilmir. Bundan əlavə, Gürcüstan “Cavaxetiya gənclərinin təşəbbüsü ilə toplanan humanitar yardım”ın da Qarabağa göndərilməsini qadağan edir.

Tarix elmləri doktoru, Qafqaz Geosiyasət Tarixinin Tədqiqi Beynəlxalq Mərkəzinin prezidenti, gürcü analitiki Quram Marxuliya “Media.Az-a müsahibəsində Gürcüstan tərəfinin “könüllülərin” Ermənistana keçməsinə icazə verməyəcəyini qeyd edib.

“Biz informasiya müharibəsinin təzahürünü erməni tərəfindən görürük. Gürcüstanla Ermənistan arasındakı sərhədin koronavirus səbəbindən bağlandığını söyləmək kifayətdir. Heç kim keçə bilməz.

Əlbəttə, bu, Gürcüstan ermənilərinin bütün ermənilərlə birliyini göstərmək cəhdidir. Amma bu, təbliğatdır. Bir daha təkrar edirəm, Gürcüstan heç kəsi Ermənistana buraxmayacaq”, - deyə Quram Marxuliya qeyd edib.

- Bəs Gürcüstanda Azərbaycandakı döyüş əməliyyatları ilə bağlı nə düşünürlər?

- Əlbəttə, biz Azərbaycanı dəstəkləyirik. Bəli, həm Ermənistan, həm də Azərbaycan Gürcüstanın qonşularıdır. Lakin Gürcüstan əhalisi tamamilə Azərbaycan dövlətinin tərəfindədir.

Azərbaycan Ermənistanla müharibə etmir, müharibə işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçündür. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri, BMT silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələri mövcuddur.

KİV-də və sosial şəbəkələrdə Azərbaycanı dəstəkləyən xeyli sayda paylaşımlarımız var. Ola bilər ki, mətnlər, əsasən, gürcü dilində yazıldığından Bakıda hamı bunu görmür.

Azərbaycan 30 ildir ki, danışıqlar prosesini sülh yolu ilə aparır və bütün beynəlxalq təşkilatlara müraciət edir. Nəticə isə yoxdur. İndiki əks-hücum isə Azərbaycanın öz ərazilərini azad etmək haqqıdır. Dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Mənbə: www.oxu.az