“Harop” Murovda köməyə gələn erməniləri məhv etdi - 20 ölü – VİDEO

Murovdağda Ermənistan Ordusunun 20 nəfər hərbi qulluqçusu “Harop” atışıyla məhv edilib.

BAKU.WS-in məlumatına görə, Azeri Defence saytının əldə etdiyi eksklüziv məlumata görə, bu gün cəbhənin şimalında – Murovdağ yüksəkliyi yaxınlığındakı yüksəklikdə düşmənin bölmələri çıxılmaz vəziyyətə düşüb. Kömək məqsədi ilə əraziyə göndərilən Ermənistan Ordusunun 20 nəfərlik bölməsi “Harop”un bir zərbəsi ilə tamamilə məhv edilib.

Qeyd edək ki, ötən gün “Harop”la düşmənin işğal altındakı Azərbaycan ərazilərinə göndərdiyi bir avtobus canlı qüvvə, sentyabrın 28-də isə Ermənistan Ordusunun Baş Kəşfiyyat İdarəsinin rəisi məhv edilib.

BAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

“DQR”in müstəqilliyini tanıya bilərik – Paşinyan

SONRAKI XƏBƏR

Ermənilərin komanda məntəqəsinə atəş zərbəsi endirildi: Ölənlər və yaralananlar var - RƏSMİ