Deputat: “Xalq 30 il münaqişənin sülh yolu ilə tənzimlənməsini gözlədi”

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri kimi yüz minlərlə məcburi köçkünün timsalında deyirəm ki, biz Şanlı Ordumuzun işğalçı Ermənistana qarşı keçirdiyi əks-hücum əməliyyatlarını qürurla izləyirik”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, tezliklə bayrağımızı Xankəndi və Şuşaya sancacağımıza əmindir: “Xankəndi şəhərinin sakinlərinə söz vermişəm ki, növbəti görüşümüzü Xankəndi şəhərində keçirəcəyik. 30 ildir, xalq olaraq münaqişənin sülh yolu ilə tənzimlənməsini gözlədik. Təəssüflər olsun ki, dünya ictimaiyyəti və xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədirləri, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini işğalçı Ermənistanı hüquqa əməl etməyə məcbur edə bilmədi. Biz torpaqlarımıza dönmək istəyirik. Fikrimcə, dünya ictimaiyyəti və bütün beynəlxalq təşkilatlar çox gözəl yaxşı başa düşür ki, Azərbaycan öz torpaqlarında hərbi əməliyyat aparır, öz torpaqlarını qanunsuz ünsürlərdən təmizləməklə məşğuldur. Buna görə də Azərbaycan Respublikasının tam hüququ var ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğuna olaraq işğala məruz qalan bir ölkə kimi öz torpaqlarında hərbi əməliyyatlar aparmaqla düşmənin qoşunlarını çıxarsın. Biz torpaqlarımızın son santimetri işğaldan azad olunmayana qədər dayanmayacağıq. Şanlı ordumuzun gücü və Ali Baş Komandanımızın iradəsi ilə bu məsələni tam bitirəcəyik”.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

BMT dünya ölkələrini qənaətdən imtina etməyə çağırıb

SONRAKI XƏBƏR

Övladlığa götürən şəxslərdən birinin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılır