BMT TŞ-nin Qarabağ müzakirəsi: Belçikanın mövqeyi budur!

BMT TŞ-nin Qarabağ müzakirəsi: Belçikanın mövqeyi budur!

Rəsmi Brüsselin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi budur: Belçika beynəlxalq hüquq normalarına uyğun olaraq, Dağlıq Qarabağın müstəqilliyini tanımır.

Bu sözləri Axar.az-a eksklüziv müsahibəsində Belçika Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Mari Şerşari deyib.

Mari Şerşari bildirib ki, Belçika Xarici İşlər Nazirliyi sentyabrın 27-də Dağlıq Qarabağda başlayan hərbi əməliyyatlardan s narahatdır.

“Münaqişənin qaynar mərhələyə keçməsi cəbhə xəttindəki infrastrukturun məhv olmasına, hər iki tərəfin həm mülki şəxslərinin, həm də hərbi qulluqçularının ölümünə səbəb olur”, - deyə Mari Şerşari vurğulayıb.

O, həmçinin qeyd edib ki, Belçika Qarabağ məsələsində beynəlxalq hüququn əsas qaydalarına hörmət etməyə çağırır:

“Belçika Böyük Britaniya və digər Avropa ölkələri ilə yanaşı, münaqişənin hər iki tərəfini sülh danışıqlarını bərpa etməyə çağırır”.

Qeyd edək ki, Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin ötən gün keçirilən qapalı iclasında iştirak edən ölkələrdən biri də qeyri-daimi üzv kimi Belçikadır.

Mənbə: axar.az