Türkiyə prezidenti Aİ ölkələrinin liderlərinə məktub göndərib

“Aralıq dənizinin şərqində baş verənlərə görə Türkiyə ilə Avropa İttifaqının əlaqələri yeni bir sınaqla qarşı-qarşıyadır”.

101.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının rəhbəriyi, üzv dövlətlərin liderlərinin hər birinə ayrıca göndərdiyi məktubda vurğulayıb.

Türkiyə lideri məktubunda Aralıq dənizinin şərqinə dair məsələnin həlli ilə bağlı təkliflər irəli sürdüklərini bildirib: “Aralıq dənizinin şərqi ilə bağlı irəli sürdüyümüz siyasətin iki əsas hədəfi var. Birincisi, Aralıq dənizinin şərqində beynəlxalq hüquqa uyğun olaraq bizim suveren hüququmuzun və qitə sahəsindəki səlahiyyətlərimizin qorunmasıdır. İkincisi, Kipr türklərinin Kipr adasının bərabərhüquqlu ortağı olaraq bu ərazinin karbohirdogen qaynaqları üzərində bərabər haqq və maraqlarının təminat altına alınmasıdır. Bu hədəflərimiz çərçivəsində Türkiyə Aralıq dənizinin şərqinin bütün tərəflərin əməkdaşlığı ilə karbohidrogen qaynaqlarının ədalətli şəkildə paylaşıldığı, sülh və istiqrarın hökm sürdüyü iş birliyi bölgəsi olmasını arzu edir. Kömür və polad Avropa İttifaqının çıxış nöqtəsini formalaşdırdığı kimi, karbohdirogenin də Kiprlə bağlı məsələnin həlli olmasını və böyük Avropa İttifaqının əsasının foralaşdırmasını arzu edirik”.

Dövlət başçısı deyib ki, Türkiyənin və Şimali Kipr Türk Respublikasının Aralıq dənizinin şərqində karbohidrogen fəaliyyətinin dayandırmasının istənilməsi haqsız və ədalətsiz tələbdir.

Rəcəb Tayyib Ərdoğan Yunanıstan və Kiprin yunan hissəsinin bu məsələdə pozuculuq fəaliyyətini də vurğulayıb.

101.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərin atdığı top mərmisi Tərtərdə yaşayış evinə DÜŞDÜ

SONRAKI XƏBƏR

“Türkiyə lazım olarsa, Azərbaycana hərbi yardım edəcək”