İşğaldan azad olunacaq rayonlardan birinə İlham Əliyevin adının verilməsi təklif edildi

İşğaldan azad olunacaq rayonlardan birinə İlham Əliyevin adının verilməsi təklif edildi

Axır ki, intizar və göz yaşları ilə həsrətini çəkdiyimiz müqəddəs Vətən torpaqlarını diz üstə çökərək öpəcəyimiz gün yaxınlaşır. İllərdi biz - Birinci Qarabağ savaşında mənfur düşmənlərimizə dərs versək də sonda məğlub duruma düşməyimizin acı sarsıntısını yaşayan Qazilər qisasın qiyamətə qalmaması üçün hər gün Allahdan möhlət istəyirdik. Rəbbimə sonsuz şükürlər olsun, bizə bu şansı tanıdı və biz bu dəfə o alçaq düşmənə, o mənfur və nankor millətə elə bir dərs verməliyik ki, tarix boyu unutmasınlar. Bu dərs hərbi əməliyyatların ilk günündən şanlı ordumuz tərəfindən verilməyə başlanılıb. Amma hələ düşmənin burnu sonadək ovulmayıb və müqavimət göstərməkdə davam edirlər. Mən neçə gündür ki, cəbhənin hərbi əməliyyatlar aparılan bütün istiqamətlərində olmuşam və silahlı qüvvələrimizin döyüş ruhunun yüksək səviyyədə olduğunun, bütün şəxsi heyətin intiqama və qisasa kökləndiyinin əyani şahidi olmuşam. Heç şübhə etmirəm ki, ən qısa zamanda düşmənin müqaviməti qırılacaq və işğalçı ordu silahı atıb İrəvana qədər qaçacaq.

 

Mən fürsətdən istifadə edərək Ali Baş Komandana da müraciət edərək bizə bu gözəl günü yaşatdığına görə ona minnətdarlığımı bildiriir və əmin etmək istəyirəm ki, hamımız bir əsgər kimi onun yanındayıq və bu müqəddəs savaşı qələbə ilə bitirənədək heç bir xarici təhdidə məhəl qoymayaq. Çünki bu tarixi bir şansıdr və Allahın bizə verdiyi bu qisas günündən maksimum istifadə etməliyik.

Yeri gəlmişkən, mən bütün Azərbaycan xalqına və Qarabağ Qazilərinə üz tutaraq bir təkliflə çıxış etmək istəyirəm. İnşallah tezliklə işğal altındakı torpaqlarımızı yağı düşməndən azad edək və yenidən qurulacaq rayonlarımızdan birinə Ali Baş Komandanımızın adını verək. İlham Əliyev anasının südü kimi buna haqq edir və onun bu millət qarşısındakı xidmətlərini qədirbilən millətimizin qiymətləndirəcəyinə zərrə qədər də şübhəm yoxdur. Allah bizi tezliklə Ordumuzun şanlı qələbələri ilə sevindirsin! Allah bütün torpaqlarımızın işğaldan azad olunmasını və üçrəngli bayraqlarımızın bir xəncər kimi ermənilərin bağrına sancılmasını bizlərə nəsib eləsin!

Mənbə: moderator.az