Beynəlxalq həmkarlar ittifaqları təşkilatları Azərbaycanın haqq işinin dəstəkləyir

Beynəlxalq həmkarlar ittifaqları təşkilatları Azərbaycanın haqq işinin dəstəkləyir

Beynəlxalq həmkarlar ittifaqları təşkilatları Azərbaycanın haqq işinin dəstəkləyir

Qardaş Türkiyənin həmkarlar ittifaqlarının rəhbərləri, o çümlədən “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Arslan, “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, “Memur-Sen” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ali Yalçın, “Türk-Metal” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Pevrul Kavlak, eləcə də Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Kalaya AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin ünvanına göndərdikləri məktublarda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını, dinc əhalimizin məskunlaşdığı əraziləri atəşə tutmasını qınadıqlarını, Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlarını qətiyyətlə dəstəklədiklərini, xalqımızın haqq işi uğrunda mübarizəsinə həmrəy olduqlarını ifadə edirlər.

Həmkarlar İttifaqları rəhbərləri əmin olduqlarını bildirirlər ki, Azərbaycan Ordusu işğal edilmiş ərazilərini tezliklə azad edəcək, xalqımız ədalətli müharibədə zəfər çalacaqdır.

Mənbə: modern.az