Gürcü sərhədçiləri Dağlıq Qarabağ zonasına şin aparan yük maşınlarının qarşısını alıb

Bakı. Trend:

Sentyabrın 28-də axşam saatlarında gürcü sərhədçiləri Gürcüstan-Ermənistan sərhədində Dağlıq Qarabağ zonasına şin aparan yük maşınlarının qarşısını alıb.

Trend-in məlumatına görə, Gürcüstanın cənubundakı Axalkalaki və Ninotsminda rayonlarında yaşayan etnik ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni əsgərlərinə şin, ərzaq məhsulları və dərman yola salmağa çalışıb.

Gürcüstan sərhədçiləri avtomobillərin sərhədi keçməsinə qadağa qoyub.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“2030-cu ildən sonra  dünya neftdən imtina edəcək...”-SOS!!!

SONRAKI XƏBƏR

“Al Jazeera” cəbhə xəttindən daha bir reportaj yayımlayıb - Video