Ehtiyatda olan generallar döyüşə tələsirlər

Ehtiyatda olan generallar döyüşə tələsirlər

Ehtiyatda olan bir qrup zabitlər və generallar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə döyüş əməliyyatlarında iştirak etmək üçün aktiv orduya göndərilməsi xahişi ilə müraciət edib.

Virtualaz.org xəbər verir ki, ehtiyatda olan zabitlər və generallar müraciətlərində Ali Baş Komandanın işğal altında olan Qarabağda əks-hücum əməliyyatına başlamaq qərarını tam dəstəklədiklərini bildiriblər.

“Bu gün Azərbaycanda minlərlə ehtiyatda olan zabit var, onların arasında müharibədən keçmiş, təcrübə və bacarıqlarından böyük fayda ilə istifadə oluna biləcək bir çox təcrübəli zabitlər var. Onların təcrübəsi döyüş zamanı effektivliyə təsir edə bilər. Hər bir ehtiyatda olan zabit döyüş meydanlarından gələn xəbərləri böyük həyəcanla izləyir və özünü döyüşçülər sırasına görür. Vətənimizin belə bir çətin günündə hər birimiz sizin əsgəriniz olaraq bu müqəddəs və şərəfli yolun başında olmaq, gəncliyimizi qorumaq, Vətən qarşısında borcumuzu yerinə yetirmək istəyirik”, - müraciətdə deyilir.

Dövlət başçısına müraciəti imzalayanlar arasında ehtiyatda olan generallar və polkovniklər - Talıb Məmmədov, Yaşar Aydəmirov, Qorxmaz Qarayev, Altay Mehtiyev, Rafiq Hüseynov, Gəray Bağırov, Şair Ramaldanov, Murad Hamidov, Vəlay Nəsibov və Zaur Məmmədov da var.

Virtualaz.org

Mənbə: virtualaz.org