Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirildi - MN

Düşmən taborunun döyüş bayrağı  və sənədləri ələ keçirildi  - MN

Bu gün Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mənbə: qafqazinfo.az