4 vilayətin ruhani rəhbəri:"İşğal olunmuş Dağlıq Qarabağ Azərbaycana məxsusdur"

4 vilayətin ruhani rəhbəri:"İşğal olunmuş Dağlıq Qarabağ Azərbaycana məxsusdur"

Strateq.az “Zəncan Radiosu”na istinadla xəbər verir ki, bəyanatda deyilir:

“Şübhəsiz ki, işğal olunmuş Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bu torpaqların Əhli-Beyt ölkəsi olan Azərbaycana qaytarılması zərurətdir. Azərbaycan hökuməti bu torpaqların geri alınmasında tamamilə qanuni şəkildə fəaliyyət göstərir və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini həyata keçirməyə çalışır.

Quran ayələri, məsumların təlimi və İslam İnqilabının fəlsəfəsinə görə özümüzü məzlumları dəstəkləməyə və müdafiə etməyə borclu hesab edirik.

Azərbaycan xalqı yaxşı bilir ki, Dağlıq Qarabağın işğalı zamanı İslam Respublikası Azərbaycana ən yüksək səviyyədə dəstək verib və bütün beynəlxalq forumlarda Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib”.

“Təəssüf ki, iki dost ölkə arasındakı münasibətlərin düşmənləri son vaxtlar hay-küylü bəhanələr uydururlar. Bu, düşmənin psixoloji müharibəsinə həssas olmağımızı və onların pis niyyətinə vasitə olmamağımızı tələb edir.
Uca Allahdan böyük Azərbaycan xalqının şəhidlərini rəhmət diləyir, haqq-ədalətin reallaşması ilə bu faciənin ən qısa müddətdə sona çatacağını və daha çox qan tökülməsinin qarşısını alacağını ümid edirik”, – deyə bəyanatda daha sonra qeyd olunur.

Sənədi Seyyid Mehdi Qureyşi (Qərbi Azərbaycan), Seyyid Məhəmmədəli Ali-Haşim (Şərqi Azərbaycan), Seyyid Həsən Ameli (Ərdəbil) və Əli Xətəmi (Zəncan) imzalayıblar.

Mənbə: strateq.az